Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nazirlər Kabineti “Aqrar tədarük və təchizat”ın görəcəyi işləri müəyyən edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlər Kabineti “Aqrar tədarük və təchizat”ın görəcəyi işləri müəyyən edib

Nazirlər Kabinetinin 04 İyul 2019-cu il tarixli müvafiq qərarı ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.

 

Reklam_3_11

“Marja” qərara istinadən xəbər verir ki, “Aqrar tədarük və təchizat” dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir.

 

 

Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:

 

-dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və  ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil edir;

 

-büdcə təşkilatlarının verdiyi sifarişlər üzrə Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasını həyata keçirir;

 

- kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir;

 

-yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edir, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə edir;

 

-ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətləri göstərir;

 

-kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını təşviq etmək məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılarına avanslar verir;

 

-kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı  üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərir;

 

-fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edir;

 

-satın alınması nəzərdə tutulan kənd təsərrüfatı və ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların fəaliyyətinin monitorinqini aparır, monitorinqin nəticələrinə uyğun olaraq Cəmiyyətin elektron portalında yerləşdirilmiş məlumatlarda dəqiqləşdirmələr aparır və bu barədə istehsalçıya məlumat verir;

 

-kənd təsərrüfatı və ərzaq məhsullarının tədarük edilməsini,  fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirir;

 

-kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, onların  təkmilləşdirilməsinə dair təkliflər verir;

 

-kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəz-ləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alınması prosedurlarında ortaya çıxan mübahisəli məsələləri araşdırır və qanunvericiliyin tələbləri pozulduğu hallarda tədbirlər görülməsi barədə aidiyyəti üzrə təkliflər verir;

 

-Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görür;

 

-Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərini həyata keçirir;

 

-fəaliyyət dairəsinə aid olan sahələrlə bağlı islahatların aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;

 

-dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirləri həyata keçirir;

 

-kənd təsərrüfatı və ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tələbatın təklifdən artıq olan hissəsinin müvafiq qiymətlər çərçivəsində digər şəxslərdən alınması, bu mümkün olmadıqda isə idxal edilməsini, o cümlədən büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədilə ərzaq məhsullarının idxal edilməsini həyata keçirir;

 

-tədarük olunan ərzaq məhsullarının korlanma və məhvolmadan sığortalanmasını həyata keçirir;

 

-Cəmiyyətin fəaliyyəti haqqında əhalini məlumatlandırır və bu məqsədlə Cəmiyyətin internet saytını yaradır, Cəmiyyətin malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir.

 

Cəmiyyətin nizamnamə kapitalı 6 milyon manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 manat olan 6 milyon ədəd adi səhmdən ibarətdir.

 

Cəmiyyətin İdarə Heyəti Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən ibarətdir. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.

06.07.2019 07:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ