Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yunanıstanda seçkini uduzan Çiprasdan açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yunanıstanda seçkini uduzan Çiprasdan açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yunanıstanda iqtidarı itirən Aleksis Çipras mətbuat konfransı keçirərək seçki nəticələrini qiymətləndirib.
 

"Marja" xəbər verir ki, Çipras, demokratiyalarda dəyişikliyin təbii və demokratiyanın özəyi olduğunu bildirərək, "Miçotakisə zəng vuraraq onu qələbə qazanması münasibətilə təbrik etdim. Xalqın iradəsini hörmət göstərəcəyik",- deyib.
 

Sabah baş nazir kreslosunu rəqibinə təfil verəcəyini bildirən Çipras, "Sabah təhvil-təslim mərasimində demokratiyalarda olması lazım olduğu kimi Miçotakisi qarşılayacağam",- ifadəsini istifadə edib.
 
 
Çipras, yeni gələcək hökumətə xəbərdarlıq edərək, "Ümid edirəm ki, Yeni Demokratiya (ND) geri dönüşünü intiqam üçün bir fürsətə çevirməz. SYRIZA ana müxalifət olaraq bunu dayandırmaq üçün hər zaman hazır olacaq",- deyib.
 

Ölkənin 4,5 il əvvəl təhvil aldıqlarına nisbətən çox daha yaxşı bir vəziyyətdə olduğunu bildirən Çipras, "Ölkə o zaman çox çətin bir vəziyyətdə idi. İflasın astanasına gəlib, kassa boşalmış, xalqın əksəriyyəti yoxsulluqla boğuşurdu. İndi büdcədə 37 milyard avro, tarixin ən aşağı faiz nisbətləri, beynəlxalq aləmdə nüfuzlu bir ölkə təslim edirik"- deib.
 

Çipras, siyasi arenada müxalifət olaraq mübarizəni davam etdirəcəyinə işarə edərək, "Ana müxalifət olaraq, işçilərin hüquqlarını və mənafelərini qorumaq üçün burada olacağıq, Yunan xalqı əmin olsun. Məsul və fəal müxalifət olacağıq. Daha təcrübəli olaraq geri dönmək üçün özümüzü hazırlayacağıq"- sözlərinə yer verib.

 

Dünən Yunanıstanda keçirilmiş seçkidə Miçotakisin rəhbərlik etdiyi Yeni Demokratika partiyası səsələrin 40%-ni yığaraq təkbaşına hökuməti qurmaq hüququ qazanıb.

08.07.2019 06:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ