Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Batumidəki “Lujkovin Evi” otel kompleksi sökülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Batumidəki “Lujkovin Evi” otel kompleksi sökülür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstanın “Alyans siti” şirkəti Batumi şəhərinin Qara dəniz sahilində, Moskvanın keçmiş meri Yuri Lujkovun adına olan “Lujkovin Evi” otel kompleksini sökməyə başlayıb.

 

Reklam_3_11

Bu barədə “Batumelebi” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Batumi meriyası şirkətə “Lujkovun Evi” otelinin sökülməsinə və yerində yeni kompleksin tikintisinə icazə verib.

 

Yeni bina Batuminin əsas baş planında da əksini tapıb.

 

Məlumat üçün qeyd edək ki, “Lujkovun Evi” kompleksinin tikintisinə 2000-ci ildə, Acarıstan MR hökumətinin başçısı Aslan Abaşidzenin hakimiyyəti dövründə başlanılıb. Tikinti işlərini Rusiyanın ən varlı qadınlarından biri, Y.Lujkovun həyat yoldaşı Elena Baturinaya məxsus şirkət həyata keçirib.

 

Aslan Abaşidze Rusiyaya qaçdıqdan sonra tikinti işləri dayanıb və 18 min kvadratmetlik ərazi gürcü biznesmenlər – David və Qele Bejunaşvili qardaşlarına satılıb. İki ay əvvəl isə ərazi 26 milyon dollara yenidən satılıb.

 

Ərazidə 50 mərtəbəli 3 göydələnin, 450 dayanacaqlı avtomobil parkının, ayrı-ayrı qonaq evlərinin və ofislərin tikintisi planlaşdırılır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

08.07.2019 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ