“Marcom” Aqrobazar üçün mağazanı aktivləşdirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom” Aqrobazar üçün mağazanı aktivləşdirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə kənd təsərrüfatının inkişafına dəstək məqsədi ilə yaradılmış Aqrobazar.com layihəsi mağaza bölümünü istifadəyə verib.

 

Reklam_3_11

Layihə rəhbəri Rəşid Məmmədovun sözlərinə görə, bu texniki imkan kənd təsərrüfatı ilə məşğul olan insanların marketinq xərclərini nəzərə çarpacaq qədər azaldacaq.

 

Onun sözlərinə görə bir çox kənd təsərrüfatı ilə məşğul olan fiziki şəxslər və sahibkarlar öz məhsullarını geniş auditoriyaya çıxartmaqda çətinlik çəkirlər. Bunun səbəbi isə həmin fiziki şəxs və sahibkarların marketinq xərclərinin limitli olması, bu istiqamətdə onlara dəstək olacaq marketinq komandasının olmamasıdır:

 

 “Biz bütün bunları nəzərə alaraq bu ilin sonuna kimi platforma daxilində Marcom şirkətinin dəstəyi ilə daha geniş texniki imkanlar yaratmağı planlaşdırırıq. Hal-hazırda Bakı və regionlarda sahibkarlarla görüşlər keçirir, potensial müştərilərin istəklərini qeydə almaqla layihənin texniki imkanlarını genişləndiririk. Layihənin yeni olmasına baxmayaraq aparılan google SEO Optimizasiya işləri nəticəsində artıq Türkiyə bazarında fəaliyyət göstərən şirkətlərin də diqqətini cəlb etmişik. İndiki mərhələdə onlarla əməkdaşlıq istiqamətlərimizi müzakirə edirik.”

 

Qeyd edək ki, Aqrobazar platforması mərhələli şəkildə istifadəçilərə bir çox yeniliklər təqdim etmək üzərində çalışır. Layihənin daha geniş kütləyə çıxması üçün digər dillərə tərcümə olunması da planlaşdırılır.

08.07.2019 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ