Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türk Lirəsi Mərkəzi Bankın sədrinin vəzifədən azad edilməsindən sonra ucuzlaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi Mərkəzi Bankın sədrinin vəzifədən azad edilməsindən sonra ucuzlaşıb

Dollar Türk Lirəsi qarşısında, ötən şənbə günü Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın vəzifəsindən azad edilərək yerinə sədr müavini Murat Uysalın təyin edilməsilə əlaqədar olaraq bahalaşıb. 
 

"Marja" xəbər verir ki, mütəxəssislər, məzənnədəki güclü yüksəlişi Mərkəzi Bankın müstəqilliyi barədə narahatlıqların artmasından qaynaqlandığını bildirirlər.
 

Dollar/TL məzənnəsi Asiya seansında ilk əməliyyatlarda 5.8247 səviyyəsinə qədər qalxıb. Hazırda məzənnə 2,1% artımla 5.74 səviyyələrindədir.
 

Məzənnə ötən həftə 2.86% düşdükdən sonra 5.6280 səviyyələrində bağlanmışdı.
 
 
Vəzifə müddəti 2020-ci ildə başa çatacaq Çetinkaya şənbə səhəri rəsmi qəzetdə dərc olunan Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib və yerinə sədr müavini Uysal təyin edilib. 

 

Mərkəzi Bankın internet saytından verilən açıqlamada, "Sədr Murat Uysal verdiyi ilk açıqlamada Bankımızın qanunla ona verilən vəzifə və səlahiyyətlər çərçivəsində əsas məqsədi olan qiymət sabitliyini təmin etməyə yönəlmiş pul siyasəti vasitələrini müstəqil şəkildə həyata keçirməyə davam edəcəyini bildirib".

08.07.2019 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ