Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 303,3 min manat və yaxud  13,05% çoxdur.

 

Reklam_3_11

DGK-dən  verilən məlumata görə, hesabat ayında büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 milyon 325,4 min manat və yaxud 13,2% artaraq 80 milyon 19,1 min manat olub.

 

Həmçinin ƏDV üzrə daxilolmaları 25 milyon 369,2 min manat və yaxud 12,5% artaraq 227 milyon 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 milyon 263,5 min manat və yaxud 18,8% artaraq 20 milyon 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat və yaxud  11,6% artaraq 3 milyon 323,1 min manat təşkil edib.

 

 

Bu ilin yanvar-iyun aylarında isə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 milyard 65 milyon 161 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446 milyon 164 min manat və yaxud 27,6% çoxdur.

 

6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71 milyon 79 min manat və yaxud 17,4% artaraq 483 milyon 958 min manat olub.

 

Həmçinin ƏDV üzrə daxilolmalar 309 milyon 939 min manat və yaxud 27,8% artaraq 1 milyard  424 milyon 239 min manat, aksizlər üzrə daxilolmalar 61 milyon 541 min manat və yaxud 81,8% artaraq 136 milyon 799 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 milyon 983 min manat və yaxud  16,75% artaraq 20 milyon 165 min  manat təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

08.07.2019 09:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ