Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötdü

(®) Ölkənin ən geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəyə malik “Nar”-ın 4G texnologiyalı baza stansiyalarının sayı 2000-i ötüb.

 

Reklam_3_11

Mobil operatorun 2000-ci LTE baza stansiyası Samux rayonunda quraşdırılıb. Bununla da rayon sakinləri “Nar”-ın 3G texnologiyalı şəbəkəsi ilə yanaşı, geniş 4G texnologiyasını dəstəkləyən şəbəkəsindən də yararlana biləcəklər.

 

Qeyd edək ki, “Nar”-ın 4G texnologiya əsaslı şəbəkəsi hazırda ölkə ərazisinin 40%-ni, ölkə əhalisinin isə 70%-dən çoxunu əhatə edir. Ölkə boyu baza stansiyalarının sayını artıran mobil operator, 2019-cu il ərzində ümumilikdə 380-dən çox yeni LTE texnologiyasına əsaslanan baza stansiyası, 50-dən çox isə 3G texnologiyasına əsaslanan baza stansiyası quraşdırıb. Hazırda 3G texnologiyalı baza  stansiyalarının sayı 2600-ü ötüb.  Mobil operatorun 4G şəbəkəsi ilə təmin edilən bölgələrinin sayı isə 50-dən çoxdur.

 

“Artıq həyatımızı internetə təhlükəsiz və sürətli bağlantı olmadan təsəvvür etmək çətindir. Ölkənin ən gənc mobil operatoru olaraq, abunəçilər tərəfindən sərfəli təkliflərimiz, yüksəkkeyfiyyətli və sürətli LTE şəbəkəmizə görə seçilmək bizi sevindirir. Yüksəkkeyfiyyətli LTE şəbəkəmizin sürətlə genişlənməsi sayəsində bu il 4G istifadəçilərimizin sayı 700 minə çatdı. Bundan başqa, “Nar”-ın tarixində əlamətdar bir hadisəni – Samux rayonunda 2000-ci 4G baza stansiyasının quraşdırıldığını elan etmək bizə qürur verir. Uzunmüddətli inkişaf strategiyamızın bir hissəsi kimi LTE şəbəkəsini paytaxtla yanaşı, regionlarda da genişləndirməyə və abunəçilərimizi rəqəmsal dünyanın üstünlükləri ilə təmin etməyə davam edəcəyik”, - deyə “Nar”-ın Baş icraçı direktoru Qunnar Panke bildirib.

 

“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

 

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

08.07.2019 16:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ