Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Notariat Palatası təsis edilib, sədri seçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Notariat Palatası təsis edilib, sədri seçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.

 

Reklam_3_11

Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul şəxsləri, ölkədə fəaliyyət göstərən notariuslar, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.

 

Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

 

Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.

 

Ədliyyə nazirinin müavini Toğrul Musayev  notariuslar arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq notariat ittifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi və notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkəmizin tarixində ilk dəfə olaraq Notariat Palatasının yaradılmasının müstəsna əhəmiyyətinə toxunub. T.Musayev Palatanın notariat fəaliyyətinin səmərəli təşkili ilə bağlı Ədliyyə Nazirliyinə kömək göstərilməsində önəmini qeyd edib, onun fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsiplər əsasında quraraq ölkəmizdə müasir tələblərə cavab verən notariat institutun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Tədbirdə açıq səsvermə yolu ilə seçilmiş iclasın sədri, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Əbülfəz Bünyatov gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

Sonra Palatanın nizamnaməsi yekdilliklə qəbul olunub və beləliklə Azərbaycan Notariat Palatası təsis edilib.

 

Daha sonra Palatanın idarəetmə orqanlarına seçkilər keçirilib, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.

 

Sonda "Ən müasir şəraitli notariat ofisi" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

08.07.2019 16:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ