"Azercell"in departament rəhbəri işdən ayrılıb

"Azercell Telecom" MMC-nin Strategiya və İnnovasiya Departamentinin rəhbəri İmran Bağırov vəzifəsindən ayrılıb.

 

Bu barədə o, özü məlumat yayıb. 

 

"Bu gündən etibarən 12 ildən çox işlədiyim "Azercell" şirkətindən, həm də "Barama" İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsindən öz istəyimlə ayrılıram. "Barama" İnnovasiya Agentliyinin idarəsinə keçir, lakin brend olaraq "Azercell"in adı ilə qalacaq. Ayrılmağımın səbəbi isə İnnovasiyanın inkişafı mövzusunda baxışlarımızın fərqli olması və həyatımın bu anında korporativ mühitdən uzaqlaşıb azad biznes, innovasiya aləminə tam şəkildə daxil olmaq arzumdur. Yenə də innovasiya və texnologiya istiqamətində gözəl ölkəm üçün çalışacağam", - deyə İ.Bağırov qeyd edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

8 İyul 2019 , 20:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin