Mobil manşet üstü reklam-3_21

On tələbənin təhsil haqqını “Azər Türk Bank” ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
On tələbənin təhsil haqqını “Azər Türk Bank” ödəyəcək

Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən “Azər Türk Bank” bu il ənənəni pozdu.

 

Belə ki, bank rəhbərliyinin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik təhsil haqqı ödəniləcək.  

 

Qeyd etmək lazımdır ki, Bank tərəfindən atılan bu xeyirxah addımın ikiqat səmərəsi vardır. Çünki qanunvericiliyə görə, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

 

“Azər Türk Bank” bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, o cümlədən müştəriləri bayramlarda təbrik üçün nəzərdə tutulmuş vəsaiti bundan sonra sosial layihələrin gerçəkləşdirilməsinə yönəldəcək.   

 

14.03.2017 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ