Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

24 min mənzil optik şəbəkəyə keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
24 min mənzil optik şəbəkəyə keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”)  Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin beynəlxalq standartlarla  təqdim edilməsi istiqamətində yaşayış binalarının optik şəbəkəyə keçidi prosesini davam etdirir.

 

Reklam_3_11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, aprel ayından etibarən “Evədək optika” layihəsinin ikinci mərhələsi üzrə Yasamal, Xətai, Nizami, Sabunçu və Qaradağ rayonlarında yerləşən köhnə və yeni tikililərdəki 24 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib.

 

İnternet avadanlıqlarla pulsuz təmin olunan sakinlər keyfiyyətli multimedia xidmətlərinə qoşulub. 

 

Sakinlər üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılıb.

 

Qeyd edək ki, “Evədək optika” layihəsi tətbiq olunan yaşayış binalarında məlumat lövhələri yerləşdirilərək sakinlər öncədən məlumatlandırılır. Onların sürətlə qeydiyyata alınmasına və optik şəbəkəyə çıxışına imkan yaradılır. Eyni zamanda paytaxt sakinləri 24/7 fəaliyyət göstərən “155” Vahid Çağrı Mərkəzinə zəng etməklə ünvan üzrə layihənin əhatə dairəsi haqqında məlumat əldə edə bilərlər.

 

Məlumat üçün bildirək ki, ilin sonunadək 150 minlik optik infrastruktur istifadəçilərin istismarına təqdim olunacaq.

09.07.2019 09:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ