Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin edilib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”nın Müşahidə Şurasının rəhbərliyində dəyişiklik olub.

 

 Bankın Müşahidə Şurasının sədri vəzifəsinə Zaur Fəxrəddin oğlu Qaraisayev təyin edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Zaur Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2017-ci ilə qədər “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu ilin yanvarından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müşaviridir.

 

Daha bir dəyişikliklə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Aqşin Zəkəray oğu Əmirov "ABB-Moskva"nın Müşahidə Şurasının üzvü təyin edilib.

 

"ABB-Moskva" Bankı 2002-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb və universal kommersiya bankı kimi fəaliyyət göstərir. Bankın səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

14.03.2017 13:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ