Azərbaycanın pivə şirkətinin yeni rəhbərliyi seçiləcək

"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarına əsasən, 23 avqust 2019-cu il tarixində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

 

“Marja” ASC-nin bildirişinə istinadən xəbər verir ki, ümumi yığıncaq Bakıdakı "Qafqaz City Hotel"də keçiriləcəkdir.

 

ÜMUMİ YIĞINCAĞIN GÜNDƏLİYİ

 

1) Ümumi Yığıncağın sədrinin və katibinin seçilməsi;

2) Hesablama Komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi;

3) Təftiş Komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi;

4) Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin və sədrinin seçilməsi;

5) Cəmiyyətin 2018-ci maliyyə ili nəticələrinə aid olan hesabatların, mühasibat balanslarının, Cəmiyyətin 2018-ci il üçün mənfəət və zərər hesablarının təsdiq edilməsi;

6) 2018-ci maliyyə ilinin nəticələri üzrə illik dividendlərin ödənilməsi.

 

Keçmiş Xırdalan Pivə Zavodu olan "Bakı-Pivə" ASC-nin əmlakı "Carlsberg Azerbaijan" MMC-nin (əvvəlki "Baltika Bakı" MMC) icarəsindədir. "Carlsberg Azerbaijan" şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı  Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. "Bakı Pivə" ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə "Carlsberg Azerbaijan" şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür.

9 İyul 2019 , 13:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin