Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“5 manata nehrə yağı olmur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“5 manata nehrə yağı olmur”

“Cənub bölgəsində 6 süd məhsulları sexi ilə bağlı aparılmış laborator analizin nəticələri artıq bəllidir. Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satışına verilən yağın tərkibində müxtəlif qarışıqlıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub”.

 

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

 

Onun sözlərinə görə, nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur: “Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.

 

Q. Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib. O qeyd edib ki, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.

 

AQTA sədri son günlərdə fəaliyyəti məhdudlaşdırılan bir sıra sexlər barədə də danışıb. O bildirib ki, fotolardan da həmin sexlərin nə qədər acınacaqlı vəziyyətdə olduğu görünür:

 

“Məsələn, toyuğun üzərinə ayaqqabı boyası sürtüb, kənd çolpası adı altında satılması cinayət faktıdır. Bununla hüquq-mühafizə orqanları məşğul olur. Bunlar kifayət qədər insan sağlamlığı üçün zərərli olan faktlardır. Ancaq sanitar-gigiyenik və sanitar-texniki pozuntular müşayiət olunan hər hansı bir istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbsa, onlar standartlar bərpa olunandan sonra bizə müraciət edəcəklər və fəaliyyətləri yenidən bərpa olunacaq”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© APA

09.07.2019 11:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ