Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıda Renault-ın yeni satış salonu açılıb, ARKANA modeli təqdim edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Renault-ın yeni satış salonu açılıb, ARKANA modeli təqdim edilib

(®) Bakıda “Renault Nurgün Motors” şirkətinin yeni diler mərkəzinin və “Renault ARKANA” modelinin təqdimatı keçirilib. 
 

Tədbirdə “Renault” şirkətinin MDB ölkələri üzrə direktoru Maks Missana qonaqları salamlayaraq, Azərbaycanda olduğu üçün məmnun olduğunu bildirib:

Reklam_3_11


“Azərbaycan potensialı ilə inkişaf edən ölkədir. Bu gün biz dilerlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı işlər görürük. Etibarlı tərəfdaşımız “Nurgün Motors”la birgə “Renault” brendinin beynəlxalq standartlarına uyğun yeni diler mərkəzini açırıq. 


Optimal keyfiyyət, qiymət və etibarlılığa uyğun olaraq müştərilərə təqdim edirik. Biz əminik ki, “Renault” yeni “ARKANA” modeli ilə müxtəlif müştərilərin tələbatını ödəyə və Azərbaycan avtomobil bazarında layiqli yer tuta biləcəyik”.


“Nurgün Motors” şirkətinin ikinci satış mərkəzini açmasına səbəb müştərilərə daha yüksək səviyyədə xidmət göstərməkdir. 


"Nurgün" şirkətlər qrupunun Marketinq müdiri Vasif Əliyev bildirib ki, “Nurgün Motors” 2011-ci ildən başlayaraq “Renault” brendini Azərbaycanda təmsil edir:


“Düşünürəm ki, bu brendi azərbaycanlı avtomobil həvəskarlarına layiqincə təqdim edib, sevdirə bilmişik. Yeni modellərin satışında və təqdimatında, satış mərkəzlərinin qurulmasında yüksək səviyyədə müştərilərə xidmət göstərmişik. Əlbəttə, bu brendin dünyada və Azərbaycanda çox böyük nüfuzu var. Çünki “Renault” brendinin tarixi 125 ildən çoxdur”.


O bildirib ki, Azərbaycanda bu brendin həvəskarlarının sayı ildən-ilə artır: 


“Bu avtomobillər dözümlülüyünə, dizayna, ən son innovativ cəhətlərinə görə digər brendlərdən seçilir. 2018-ci avtomobil bazarında dinamika müşahidə olunmağa başladı. Biz bu müsbət tendensiyadan istifadə edib “Renault” brendinin ən son modellərini Azərbaycana təqdim etməklə müştərilərimizi sevindirmək istədik”.


Onun sözlərinə görə, “Renault” brendinin ölkəmizdə nüfuzu artır və maraq yüksəkdir:


“Biz marağı gördükcə qərar verdik ki, müştərinin marağını və tələbatını təmin etmək üçün daha geniş satış mərkəzini istifadəyə verək. Yeni satış salonunda daha çox modeli təqdim edəcəyik, müştərilərimizə daha yüksək səviyyədə xidmət göstərə biləcəyik”.


Daha sonra şirkətin nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar. 


Vasif Əliyev qeyd edib ki, “Renault” şirkətinin Azərbaycanla bağlı plan və layihələri böyükdür:


“Azərbaycan bazarına yeni çox sayda avtomobilin idxalı gözlənilir. Biz bu həcmdən özümüzə pay götürəcəyik. Çünki şirkətin hər bir müştərinin zövqünə uyğun olan,  fərqli modelləri var”.


Maks Missana isə bildirib ki, “Formula 1” brendin dünya bazarına çıxmasında mühüm rol oynayıb.

09.07.2019 13:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ