Azərbaycandakı Türkiyə bankının xalis mənfəəti 60 faizə yaxın artıb

Türkiyə kapitallı “Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun) 1 milyon 803 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, bank ötən ilin birinci yarısını 1 milyon 137 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən ilin birinci yarısı ilə müqayisədə “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 58,5% artıb. Xalis mənfəətin artması Bankın ötən ilin eyni dövrü ilə müqayisədə ehtiyatlara daha az vəsait ayırması ilə bağlıdır.

 

FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin ilk 6 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 10 milyon 666 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 981 min manat, qeyri - faiz gəlirləri 1 milyon 684 min manat təşkil edib. Ötən ilin eyni dövründə bankın cəmi gəlirləri 8 milyon 552 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 981 min manat, qeyri-faiz gəlirləri 2 milyon 571 min manat təşkil etmişdi.

 

2019-cu ilin 1-ci yarısında 10 milyon 666 min manat cəmi gəlirlərə qarşı cəmi xərclər 8 milyon 819 min manat təşkil edib. Nəticədə 1 milyon 846 min manat mənfəət formalaşıb. Bank mənfəətdən 43 min manat mənfəət vergisi ödəyib. 

 

2018-ci ilin 1-ci yarısında 8 milyon 552 min manat cəmi gəlirə qarşı cəmi xərclər 7 milyon 177 min manat təşkil etmişdi. Nəticədə 1 milyon 374 min manat mənfəət yaranmış və bu mənfəətdən 237 min manat mənfəət vergisi ödənilmişdi.

 

“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti isə 3 milyon 26 min manatdan 2 milyon 396 min manata düşüb.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

30 İyun 2019-cu il tarixində "Ziraat Bank Azərbaycan" 194 milyon 159 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 121 milyon 116 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 

 

30 İyun 2018-ci il tarixində "Ziraat Bank Azərbaycan" 229 milyon 867 min manat cəmi aktivlərə (o cümlədən 89 milyon 562 min manatı müştərilərə verilmiş kreditlər) malik idi.

9 İyul 2019 , 17:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin