Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Samir Şərifov fransız iş adamlarının suallarını cavablandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samir Şərifov fransız iş adamlarının suallarını cavablandırıb

İyulun 10-da Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən fransız şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib. 

 

Reklam_3_11

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov ölkəmizin Fransa ilə münasibətlərə böyük önəm verdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərlərindən sonra iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və hazırda bir sıra sahələrdə yeni layihələrin həyata keçirilmə inkanlarının araşdırıldığını bildirib.  

 

MEDEF Biznes Şurasının prezidenti kimi ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edən Jofrua Ru de Beziö Azərbaycana 60 şirkət rəhbərinin təmsil olunduğu böyük nümayəndə heyəti ilə gəldiyini bildirib. O, iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı istiqamətləri barədə fikirlərini bölüşərək Fransanın ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin fransa şirkətləri üçün geniş imkanlar açdığını qeyd edib:

 

“Fransa şirkətləri Azərbaycan üçün vacib olan istiqamətləri öyrənmək, bütün iqtisadi potensialından istifadə etmələri üçün Azərbaycanda aparılan islahatlarla və inkişaf prosesləri ilə yaxından tanış olmaq niyyətindədir. Bu səfər çərçivəsində biz, həmçinin Prezident İlham Əliyevlə görüşdük və o, bizim müxtəlif sahələrə aid suallarımızı yüksək alicənablıqla cavablandırdı. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş avtomobil yolları, rəqəmsal texnologiyalar ilə bağlı müxtəlif məsələləri müzakirə etdik”. 

 

Sonra maliyyə naziri Samir Şərifov fransız iş adamlarını maraqlandıran sualları cavablandırıb.

10.07.2019 14:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ