Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İyulda faiz endirimi olacağına işarə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İyulda faiz endirimi olacağına işarə verdi

Fed sədri Cerom Pauel, qeyri-müəyyənliklərin davam etdiyini bildirərək, İyul iclasında faiz endirimi olacağına işarə verib


 

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Pauell), ABŞ iqtisadiyyatına yönələn aşağı istiqamətli risklərin, ticarət müharibəsinin investisiyaları zəiflətməsi və inflyasiyanın zəif qalması ilə davam etdiyini qeyd edərək, Fed-in bu ay faiz endiriminə getməyə hazırlaşdığına işarə edib.
 

"Marja" xəbər veri ki, Pauell Çərşənbə günü Konqresdə çıxış edəcək. Nəşr olunmuş çıxış mətninə görə,  Pauell, "Fed rəsmilərinin İyun ayındakı iclasından bu yana, ticarət gərginliyi ilə bağlı qeyri-müəyyənliklərin və qlobal iqtisadiyyatın gücünə dair narahatlıqların ABŞ iqtisadiyyatı üzərində təzyiq yaratmağa davam etdiyi görünür" - deyib və inflyasiya təzyiqlərinin zəif qaldığını sözlərinə əlavə edib.
 

Fed Sədrinin yarımillik çıxışı, ABŞ mərkəzi bankının, güclü məşğulluğa baxmayaraq, 30-31 İyuldakı iclasda faizləri aşağı salmağa hazırlaşdığı barədə bazarın fikrini dəstəkləyir.
 

Treyderlər bu aykı iclasda Fed-in faiz endiriminə gedəcəyinə 80% ehtimal verirlər.  
 

Pauellin bu açıqlamaları, ABŞ Prezidenti Donald Trampın faizlərin azaldılmasına dair təzyiqlərinin artdığı bir dövrə təsadüf edir.

 

Pauelin Vaşinqtonda Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsindəki çıxışı  18:00-da başlayacaq.

10.07.2019 15:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ