Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rüfət Aslanlı bank rəhbərləri ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rüfət Aslanlı bank rəhbərləri ilə görüşüb

14 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri cənab Rüfət Aslanlı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin iştirakı ilə MBNP-nın rəhbərliyi və ABA-ya üzv olan bankların sədrləri arasında növbəti görüş keçirilmişdir.

 

Reklam_3_11

ABA-dan “Marja”ya daxil olmuş məlumata görə, görüşdə bank-maliyyə sektorunun hazırkı vəziyyəti, mövcud çağırışlar və həlli yolları ilə əlaqədar fikir mübadiləsi aparılmış, bankların təklifləri dinlənilmişdir.

 

Sektor üzrə mövcud trendlər haqqında danışan Rüfət Aslanlı çıxışı zamanı ünvanlanan təkliflər ilə əlaqədar MBNP-nın mövqeyini görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

 

Zakir Nuriyev MBNP-nın rəhbərliyinə bu tip görüşləri dəstəklədiklərinə görə təşəkkür etmiş, bu istiqamətdə olan müzakirələrin çox məhsuldar olduğunu bildirmişdir. O, öz çıxışı zamanı bank sektorunun SWOT təhlili haqqında ABA tərəfindən hazırlanmış analizi təqdim etmiş və mövcud situasiyanın yaxşılaşdırılması ilə əlaqədar təklifləri səsləndirmişdir.

 

Həmçinin iclas zamanı MBNP-nın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov bank sektoru ilə əlaqədar cari inkişaf meyilləri haqqında ətraflı məlumat vermiş, MBNP-nın həyata keçirdiyi təhlillərin nəticələrini açıqlamışdır.

 

Qeyd edək ki, görüşdə banklar Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində təmsil edilmişdir.

 

XXX

 

Bir qədər əvvəl Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin görüşü keçirilib.

 

Görüş otellərdən birində baş tutub.

 

Təqribən 3 saat davam edən toplantıda MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın sədri Zakir Nuriyev, ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri iştirak ediblər. 

 

Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov 2016-cı ilin yekununda bank sektorunda əldə olunmuş nəticələrlə bağlı təqdimatla çıxış edib.

 

Bundan başqa, görüşdə Azərbaycanın bank sektorundakı problemlər, sektorun sabitləşdirilməsi istiqamətində atılan və gələcəkdə atılacaq addımlar müzakirə edilib, o cümlədən ölkədəki depozit portfelinin əsasən böyük banklarda cəmləşməsindən narahatlıq ifadə olunub, kiçik bankların da bu imkandan yararlanması yolları barədə fikir mübadiləsi aparılıb.

 

Görüş barədə MBNP-nin rəsmi açıqlama yayacağı gözlənilir.      

 

© Report

15.03.2017 03:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ