Tramp: İrana qarşı sanksiyalar yaxın vaxtlarda artırılacaq

ABŞ Prezidenti Donald Tramp, İranın uzun müddətdir gizli uran zənginləşdirməsi apardığını iddia edərək, yaxında sanksiyaların əhəmiyyətli dərəcədə artırılacağını bildirib.
 

"Marja" xəbər verir ki, Tramp, "Twitter"dən verdiyi açıqlamada İrana yüklənib.
 

İranın uzun müddətdir gizli uran zənginləşdirdiyini qeyd edən Tramp, bu vəziyyətin, keçmiş ABŞ Xarici İşlər Naziri Con Kerri və keçmiş Prezident Barak Obama rəhbərliyinin bağladığı 150 milyard dollarlıq "dəhşətli" müqaviləni tamamilə pozduğunu bildirib.
 

Tramp, bu müqavilənin qısa müddətdə qeyri-işlək olduğunu bildirərək, "(İrana qarşı) sanksiyalar yaxında artırılacaq, əhəmiyyətli dərəcədə!",- İfadəsini istifadə edib..
 

 

ABŞ və İran arasında uran gərginliyi
 

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsindən ABŞ rəhbərliyi 2018-ci ilin May ayında tək tərəfli çıxdıqdan sonra, İrana qarşı sanksiyaları yenidən həyata keçirməyə başlamışdır.
 

İran da 8 May 2019-da müqavilənin tərəflərinə maraqlarının qorunması çağırışını etmiş, əks təqdirdə müqavilə öhdəliklərini məhdudlaşdıracağını açıqlamışdı. İran rəhbərliyi, qısa müddət əvvəl də müqavilədə qeyd edilən uran zənginləşdirmə nisbətini aşdığını bildirmişdi.

 
ABŞ ilə İran arasındakı gərginlik davam edərkən son olaraq İran rəhbərliyi nüvə müqaviləsində yer alan zənginləşdirilmiş uran ehtiyat miqdarını keçəcəyini elan etmiş, ABŞ rəhbərliyi isə bu qərara sərt reaksiya göstərmişdi.

11 İyul 2019 , 07:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin