Neft ABŞ-dan gələn xəbər ilə 5 faizə yaxın bahalaşdı

ABŞ-da xam neft ehtiyatları gözlənildiyindən çox azalıb.
 

"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən açıqlanan rəsmi məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 9,499 milyon barrel düşüb. "Bloomberg"in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, azalmanın 2.9 milyon barrel səviyyəsində olacağı gözlənirdi.
 

Benzin ehtiyatları sözügedən dövrdə 2.0 milyon barrel aşağı düşməsi gözlənərkən 1.455 milyon barrel azalıb.  
 

Neft hasilatı isə ötən həftə gündəlik 100,000 barel artıb.

 

ABŞ-da xam neft ehtiyatlarının gözlənildiyindən çox azalması ilə əlaqədar olaraq neft qiymətləri 5%-ə yaxın yüksəlib. Brent nefti 4,5% bahalaşaraq barelinin qiyməti 67,19 dolları, ABŞ xam nefti isə 4,7% bahalaşaraq 60,68 dolları görüb.

11 İyul 2019 , 08:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin