Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib

Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb.

 

“TASS”  xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib. Xəbərə əsasən, tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb.

 

Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib.

 

Lakin, tankeri müşayət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasına məxsus “Montrose” freqatı tələbi yerinə yetirməyib, iranlı əsgərlərin dərhal geri qaytımalarını və tankerə mane olmamaları barədə əmr veriblər. Nəticədə İran katerləri geri dönüb.

 

Televiziya ABŞ-ın iddia etdiyi hadisə ilə əlaqədar bir videoya sahib olduğunu da vurğulayıb. 

11.07.2019 06:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ