Neft hasilatının artırılması üçün 18 milyard dollarlıq müqavilələr imzalanıb

“Saudi Aramco” şirkəti Səudiyyə Ərəbistanındakı “Mərcan” və “Berri” neft yataqlarının istehsal gücünün artırılması məqsədilə yerli və beynəlxalq servis şirkətləri ilə 18 milyard dollarlıq müqavilələr imzalayıb.

 

Bu barədə “Saudi Aramo”nun prezidenti və baş icraçı direktoru Məhəmməd Amin Həsən Al-Nasir deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın milli neft şirkəti mühəndis, tikinti və digər servis şirkətləri ilə cəmi 34 müqavilə imzalayıb.

 

Belə ki, “Mərcan” neft yatağında neft emalı zavodunun və 24 dəniz platformasının tikintisi nəzərdə tutulur. “Berri” layihəsi çərçivəsində isə neft-qaz emalı zavodunun inşası planlaşdırılır. Hər iki yataqların istehsal gücü ümumilikdə - neftin sutkada 0,55 milyon barrel və qazın 2,5 milyard kubfutadək artacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

11 İyul 2019 , 08:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin