Yeni Sankt-Peterburq - Bakı aviareysi açılır - QİYMƏT

2019-cu il iyukun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.

 

“Bakıya uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri ekonim sinif salonu olan konfortlu Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yeməklər, sərinləşdirici içkilər, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır (bir tərəfə)”, - aviaşirkətin məlumatında qeyd olunur.

 

“Nordavia – regional hava yolları” SC aviaşirkəti ("NORDAVIA – regional airlines") 5N kodu altında 30-dan artıq Rusiyanın və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir. Nordavia RF-nin Şimal-Qərbində sərnişin daşımaları bazarında aparıcı mövqe tutur. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

11 İyul 2019 , 10:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin