Bu il investoruna ən çox qazandıran məhsullar

"Marja"nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən topladığı məlumatlara görə, İyun ayında əmtəələrdən 15-i bahalaşıb, 3-ü ucuzlaşıb. 

 

ABŞ-da faizlərin aşağı salınacağı və dolların dəyər itirəcəyinə dair gözləntilər İyun ayında əmtələrin qiymətinin artmasına təkan verib. 
 

İyunda investoruna ən çox qazandıran əmtəə 16,1 faiz ilə palladium olub. Palladiumun ardınca 8 faizlə qızıl, 7,4 faizlə qurğuşun, 6 faizlə nikel, 5,2 faizlə platin və soya lobyası, 4,9 faizlə qəhvə və gümüş, 4,6 faizlə buğda, 4 faizlə şəkər, 3,5 faizlə Brent nefti, 3,1 faizlə mis, 1,5  faizlə kakao, 1,2 faizlə qarğıdalı,  0,8 faizlə alüminium gəlib. 
 

İyun ayında əmtəə bazarında ən çox təbii qazın qiyməti azalıb - 5,7%. Həmçinin sink 3,8 faiz, pambıq 3 faiz ucuzlaşıb.
 

Əmtəə bazarında ilin ilk yarısında isə ən çox qazandıran 21,6 faiz ilə palladium olub. İlk 6 ayda Brent nefti 19,5 faiz, nikel 18,3 faiz, qarğıdalı 15,20 faiz, qızıl 10 faiz, qəhvə 7,8 faiz,  platin 5 faiz, şəkər 4,7 faiz, buğda 4,5 faiz, soya lobyası 3,2 faiz, sink 1,8 faiz, kakao 0,8 faiz bahalaşıb.
 

Həmin dövrdə investorunu ən çox zərərə salan 18,8 faiz ilə təbii qaz olub. İlin ilk yarısında pambıq 8,5%, qurğuşun 5,5%, alüminium 5,2%, gümüş 1,1%, mis 0,7% ucuzlaşıb.

11 İyul 2019 , 11:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin