Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahin Mustafayev Ukrayna prezidenti ilə gəmi və təyyarəqayırma layihələrini müzakirə edib

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Reklam_3_11

Bu barədə Pyotr Poroşenkonun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

 

"Poroşenko, həmçinin ölkə prezidentlərinin ikitərəfli əlaqələrinin fəallaşdırılması sayəsində mümkün olan Ukrayna və Azərbaycan münasibətlərinin dinamikasını müsbət qiymətləndirib. Ukrayna prezidenti bu konteksdə 2017-ci ildə Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının keçirilməsini vacib sayıb", - deyə məlumatda bildirilir.

 

Mətbuat xidmətinin məlumatına görə, görüşdə gəmi və təyyarəqayırma, əczaçılıq, kənd təsərrüfatı kimi sahələrdə perspektivli əməkdaşlıq layihələrinə xüsusi diqqət ayrılıb.

 

"Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpa olunması məsələsində Azərbaycana göstərdiyi dəstəklə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb", - deyə məlumatda qeyd olunur.

 

© Report

15.03.2017 04:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ