Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Embafinans”ın müştərilərə verdiyi kreditlər və xalis mənfəəti 2 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans”ın müştərilərə verdiyi kreditlər və xalis mənfəəti 2 dəfə artıb

Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 528 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci ilin eyni dövrü müqayisədə kredit təşkilatının xalis mənfəəti 2 dəfə artıb. Belə ki, “Embafinans” 2018-ci ilin 1-ci yarısını 783 min manat xalis mənfəətlə bağlamışdı.

 

Reklam_3_11

Qeyd edək ki, “Embafinans”ın xalis mənfəətinin 2 dəfə artması müştərilərə verdiyi kreditlərin təxminən 2 dəfə artması ilə bağlıdır. Verlən kreditlərin artması təşkilatın gəlirlərinin yüksəlməsi ilə nəticələnir.

 

GƏLİRLƏRİ ARTIB

 

“Marja” “Embafinans”ın yarımillik maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin ilk 6 ayında 2 milyon 432 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ilin eyni dövründə 3 milyon 688 min manata yüksəlib. Qısası, kredit təşkilatının faiz gəlirləri 1 milyon 256 min manat və ya 52% artıb.

 

Birinci yarımildə “Embafinans”ın faiz xərcləri isə 318 min manat və ya 56% artaraq 888 min manat təşkil edib.

 

2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Embafinans”ın haqq və komissiya gəlirləri 102 min manat və ya 17% artaraq 702 min manat, haqq və komissiya xərcləri isə 83 min manat və ya 52% artaraq 244 min manat təşkil edib.

 

Cəmi gəlirlərinin cəmi xərclərdən daha yüksək nisbətdə artması “Embafinans”ın xalis mənfəətinin 2 dəfədən yüksək olmasını təmin edib.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR KƏSKİN ARTIB

 

BOKT “Embafinans” MMC 30 İyun 2019-cu il tarixində 39 milyon 258 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 32 milyon 443 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 30 İyun 2018-ci il tarixində təşkilatın 23 milyon 482 min manat cəmi aktivlərinin 16 milyon 940 min manatını müşətərilərə verilmiş kreditlər təşkil etmişdi. Beləliklə, “Embafinans”ın cəmi aktivləri 15 milyon 776 min manat və ya 67%, müştərilərə verilmiş kreditlər isə 15 milyon 503 min manat və ya 92% (2 dəfəyə yaxın) artıb.

 

"Embafinans" 2012-ci ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 10 milyon manatdır. "Embafinans" mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel şirkətlərinin məhsullarını kreditləşdirir. Ötən ildən başlayaraq "Embafinans" biznes kreditləri də təklif etməyə başlayıb.

11.07.2019 10:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ