Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Volkswagen Beetle ilə vidalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volkswagen Beetle ilə vidalaşır

Volkswagen AG şirkəti Beetle modelinin yerini yeni SUV model Tarek-in alacağını açıqlayıb. Yeni modelin istehsalına 2020-ci ildən başlanması nəzərdə tutulur



 
 Almaniyanın avtomobil istehsalçısı yaydığı açıqlamada, Mexiko Puebla-dakı zavodda Beetle istehsalını dayandırdığını və bu modelin yerini adının Tarek olacağı nəzərdə tutulan idman ərazi vasitəsinin alacağı qeyd olunub.
 

Eyni zamanda bu modelin Çində satılan Tharu-nun gücləndirilmiş versiyası olduğu bildirilib.
 

Volkswagenin İcraçı direktoru Steffen Reiche, "Çində satılan Tharu-nu bu bazara adaptasiya edəcəyik. Bu Çindəki modelə nisbətən daha gücləndirilmiş və daha böyük bir model olacaq",- deyib.
 

Volkswagen-in yeni yığcam SUV modelinin istehsalı 2020-ci ildə Pueblada başlayacaq və alıcılara 2021-ci ildə çatacaq.
 

Reiche, Beetle-ın son seriyasının Amazon vasitəsilə onlayn satılacağını bildirib.
 

Beetle-a tələbat, uzun illərdir aşağı benzin qiymətlərinə görə amerikalı istehlakçıların SUV və Pikaplara yönəlməsilə azalıb.
 

 Volkswagenin Puebla-dakı kompleksində Jetta Sedan və Tiguan SUV modelləri də istehsal olunur.

11.07.2019 10:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ