İstiqrazlar sahiblərinə yenə 1.25 milyon dollar ödəniləcək

Faizləri hər 3 aydan bir ödənilən və dollarda illik 5 faiz gəlir qazandıran SOCAR İstiqrazlarının 17 iyul tarixində 2019-cu il üzrə 3-cü, sayca 11-ci faiz ödənişi baş tutacaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlmiş olacaq.

 

“SOCAR Capital” şirkətindən  "Marja"ya verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsait artıq Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

 

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 232, ümumilikdə isə 1791 əqd bağlanıb.

 

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış olacaq və müddətin sonunda istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcəkdir.

11 İyul 2019 , 13:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin