KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Yanq Holdinqs” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

KONİA-dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri İlqar Vəliyev imzalayıblar.

 

Memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, o cümlədən “Ernst & Yanq Holdinqs”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

 

Əməkdaşlıq çərçivəsində KOB subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlər göstəriləcək, bu məqsədlə “Ernst & Yanq Holdinqs” şirkətinin kadr potensialından və beynəlxalq təcrübəsindən istifadə ediləcək, KOB-lar üçün maarifləndirici materiallar hazırlanacaq, startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakına birgə dəstək göstəriləcəkdir.

11 İyul 2019 , 16:47   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin