ABŞ-da inflyasiya İyunda aylıq 0.1%, illik 1.6% artıb

ABŞ Əmək Nazirliyi tərəfindən Cümə günü açıqladığı məlumatlara görə,ölkədə istehlakçı qiymətləri İyunda aylıq müqayisədə 0.1 faiz, illik müqayisədə 1.6 faiz artım qeyd edib. Proqnozlar müvafiq olaraq 0.0 faiz və 1.6 faiz idi.
 

Ötən həftə açıqlanan güclü məşğulluq göstəricisindən sonra, xüsusən inflyasiya rəqəmlərinin də yaxşı gəlməsi, 25 İyuldakı Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısında faiz endiriminə getməyi dəyərləndirən Fed üzvləri üçün vəziyyəti çətinləşdirir.
 

ABŞ-da keçən həftə açıqlanan fakt, kənd təsərrüfatı xaric məşğulluğun İyun ayında 224 min artdığını göstərdi. Proqnoz 160 min idi. 
 

Baza inflyasiya aylıq müqayisədə 17 ayın zirvəsində
 

Volatil ərzaq və enerji qiymətləri xaric istehlakçı qiymətləri İyunda Maya nisbətən 0.3 faiz artaraq 2018-ci ilin yanvar ayından bəri ən güclü artımı qeyd edib. İllik baza inflyasiya isə 2.1 faiz səviyyəsində olub.

11 İyul 2019 , 16:56   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin