Azərbaycan Kredit Bürosuna sorğuların sayı kəskin artıb

30.06.2019 tarixinə olan məlumata əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatmışdır. Hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmış və Büro sisteminə inteqrasiya edilmişdir. Bunlar Bürodan "Marja"ya verilən məlumatda bildirilir.

 

Məlumatda qeyd edilib ki, 2019-cu ilin ilk yarımili ərzində Büronun sistemindən 30 bank və 40 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1 milyon 301 min 606 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952 min 987 sorğu yerinə yetirilmişdi.

 

Büroda aparılmış sorğuların 1 milyon 162 min 865-i (və ya 89%-i) banklar, 138 min 741-i (və ya 11%-i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

 

Büronun skorinq xidmətindən isə 6 ay ərzində ümumilikdə 851 min 607 sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 65%-ni təşkil etmişdir.

 

Qeyd olunan dövr ərzində 13,827 şəxs Büroya müraciyyət edərək öz kredit hesabatlarını əldə etmişdir. Müraciət etmiş şəxslərin 13,751-i (və ya 99,5%-i) fiziki, 76-i (və ya 0,5%-i)  isə hüquqi şəxslər olmuşdur.

11 İyul 2019 , 17:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin