Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gələn il neft qiymətəri üçün təhdid yaranacağı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn il neft qiymətəri üçün təhdid yaranacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC, ABŞ-da artmağa davam edən şist nefti hasilatının dəstəyi ilə 2020-ci ildə təklif artıqlığının yaranacağını gözləyir.
 
 
Dünya neftinin 30 faizini hasil edən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) gələn il ehtiyac duyulduğundan gündəlik 560,000 barel əlavə neft hasil olunacağı proqnozunu verib.

 

ABŞ-da artmağa davam edən şist nefti istehsalı ilə bazarda yenidən artıqlıq təhdidi ortaya çıxıb. OPEC-in rəqibi ABŞ-dan gələcək əlavə təklif, qrupun proqnozuna görə, qlobal neft tələbindən iki dəfə çox artacaq.
 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı və tərəfdaşları ötən həftə Vyanada qlobal iqtisadiyyatdakı yavaşlamanı və rekord səviyyəyə qalxan ABŞ-ın neft hasilatını tarazlaşdırmaq üçün hasilatın azaldılmasını 2020-ci ilin ilk rübünə qədər uzatmaq qərarı veriblər. Hazırda Brent neftin qiyməti 67 dollar ətrafındadır.  Bu qiymət, OPEC üzvlərinin böyük qisminin dövlət xərclərini ödəmək üçün ehtiyacları olduğu səviyyələrdən aşağıdır. 
 

OPEC-in Cümə axşamı günü açıqladığı hesabat, hasilatın daha da və ya daha uzun müddət azaldılması lazım olduğuna işarə edir.
 

Qlobal neft istehlakı 2020-ci ildə gündəlik təxminən 1.1 milyon barrel və ya 1.1 faiz olmaqla builki ilə eyni sürətdə artacaq. Artım Hindistan və Çin kimi inkişaf edən iqtisadiyyatlarla dəstəklənəcək, ancaq inkişaf etmiş ölkələrdəki durğun istehlak bu artımı azaldacaq.
 

OPEC-ə üzv olmayan ölkələrin neft istehsal isə, ABŞ-da yeni boru kəmərlərinin ölkənin şist nefti istehsalçılarına istehsalı daha da artırmaları üçün imkan yaratması ilə gündəlik 2.4 milyon barel artacaq. ABŞ-dakı bu artım, Braziliya və Norveç kimi digər ölkələrdəki artımlar ilə də dəstəklənəcək.

11.07.2019 16:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ