Azərbaycanda pambıq istehsalının 25% artacağı proqnozlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi noyabr ayına qədər ölkədə pambıq yığımının başa çatacağına ümid edir. Bunu nazir İnam Kərimov deyib.

 

“Biz cari il pambıq yığımı prosesini sütrətləndirməyi planlaşdırırıq və noyabr ayına qədər bunu başa çatdırmaq niyyətindəyik”, - Kərimov bu gün Sabirabad rayonunda “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində bildirib.

 

Həmçinin, nazir qeyd edib ki, bu il məhsul yğımı 2018-ci ilin göstəricisindən yüksək səviyyədə gözlənilir.

 

“Əvvəl 2019-cu ildə məhsul yığımında 13% artım proqnozlaşdırırdıq, lakin indi yığımın 25% artacağaın gözləyirik”, - Kərimov bildirib.

 

2018-ci ildə Azərbaycanda 232,2 min ton pambıq yığılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

11 İyul 2019 , 20:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin