Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Turistlərə alkoqol üçün lisenziyalar veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turistlərə alkoqol üçün lisenziyalar veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dubayda yerli qanunları pozmadan mağazalardan alkoqol əldə etmək və spirtli içkilərin saxlanması məqsədilə turistlərə 30 gün müddətinə pulsuz lisenziyaların verilməsinə başlanılacaq.

 

Dubayın “Khaleej Times” nəşri xəbər verir ki, alkoqol üçün turist lisenziyası Əmirliklərin yaşı 21-dən yuxarı müsəlman olmayan qonaqları üçün əlçatan olacaq.

 

Alkoqol üçün lisenziyanı almaqdan ötrü müraciətin verilməsi qaydası “Emirates Group”un törəmə şirkəti olan “Maritimeand Mercantile International”ın (MMI) saytında izah edilir. Bundan ötrü turistlər özləri ilə pasportlarını götürərək MMI şəbəkəsinin mağazalarından birinə getməli, alıcının həqiqətən də turist olmasını təsdiqləyən zəruri formanı dolduraraq imzalamalıdırlar. Mağazada yalnız pasportun və ölkəyə daxil olarkən qeydiyyat barədə möhürün surəti tələb olunur.

 

Bundan başqa, hər bir alıcıya “Turistin davranış kodeksi” adlanan xüsusi kitabça veriləcək ki, burada da spirtli içkilərin qəbulu ilə bağlı əsas məlumatlar toplanıb.

 

Qeyd edək ki, yeni qaydalar tətbiq olunanadək alkoqolun alışına lisenziyaları rezident vizası əsasında, yaxud da daşıma hüququ olmadan restoran və barlarda əldə etmək mümkün idi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac 

12.07.2019 07:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ