Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İdxal edilən elektrik aparaturaya tətbiq edilən gömrük rüsumları dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal edilən elektrik aparaturaya tətbiq edilən gömrük rüsumları dəyişib

Azərbaycana gətirilən elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya tətbiq edilən idxal gömrük rüsumlarında dəyişiklik edilib.

 

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

İndiyə qədər 1000 V-dan az gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün, və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər birləşdiricilər, birləşdirici qutular) gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilib. Dəyişikliyə əsasən, bundan sonra  1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün, və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.

Əgər indiyə qədər 1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular, optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər) gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilibsə, bundan sonra 1000 V-dan çox  olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.

 

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən belə bir qərar qəbul edib.

12.07.2019 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ