Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Trampdan "Bitcoin" açıqlaması: Yeganə valyutamız ABŞ Dollarıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan "Bitcoin" açıqlaması: Yeganə valyutamız ABŞ Dollarıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp "Twitter"dən "Bitcon" və "Facebook"un "Libra"sı daxil bütün kriptovalyutaları hədəf alıb. Tramp ABŞ-ın yeganə pul vahidinin ABŞ Dolları olduğunu vurğulayıb



 
ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabından bu dəfə kriptovalyutalara hücum edib. "Marja" xəbər verir ki, ard-arda yazdığı 3 "tweet"lə kriptovalyutaları dəstəkləmədiyini açıqlayıb. 

Reklam_3_11

 

Tramp yazdığı ilk "tweet"ində, "Qiymətləri oynaq olan "Bitcoin" və digər kriptovalyutaların tərəfdarı deyiləm. Tənzimlənməyən kriptovalyutalar narkotik ticarət, o cümlədən qanunsuz fəaliyyətlərdə istifadə edilir",- ifadələrini istifadə edib.
 


"BANK OLMAQ İSTƏYİRSƏ LİSENZİYA ALSIN"


 
Trampın növbəti "tweet"lərndəki hədəf "Facebook"un 2020-ci ildə bazara çıxarmağı planlaşdırdığı kriptovalyutası "Libra" olub. Bənzər bir şəkildə "Facebook"un virtual pulu "Libra"nın təhlükəsiz olmayacağını qeyd edən Tramp, "Əgər "Faceboo"k və digər şirkətlər bank olmaq istəyirsə bank lisenziyasına müraciət etməli, milli və beynəlxalq bütün digər banklar kimi bank tələblərinə tabe olmalıdırlar" bildirib.

 

Prezident Tramp açıqlamalarına belə davam edib: "ABŞ-da vahid valyutamız var və hazırda həmişəkindən güclüdür. Həm etibarlı, həm açıqdır. Açıq fərqlə dünyanın ən dominant pul vahididir və həmişə elə qalacaq. Bu pul vahidinin adı ABŞ Dolarıdır".

12.07.2019 09:04

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ