Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bir ölkə sakininin orta aylıq xərci artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir ölkə sakininin orta aylıq xərci artır

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 18 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 8 milyard 944,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 33,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,1 faiz artmışdır.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

 

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2018-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

17 977,9

102,8

o cümlədən:

ərzaq məhsulları

8074,5 

102,6

içkilər və tütün məmulatları

  870,4

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

3 236,5

103,0

elektrik malları və mebellər

1 063,1

102,9

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

139,7

104,3

əczaçılıq və tibbi mallar

236,7

104,5

avtomobil yanacağı

990,0

101,8

digər qeyri-ərzaq məhsulları

     3 367,0

103,4

 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2019-cu ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20,0 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 31,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz artmış, bazar və yarmarkalarda isə 5,3 faiz azalmışdır.

 

2019-cu ilin  birinci yarısında  əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

12.07.2019 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ