Bakı Fond Birjasında əqdlərin həcmi 24 faiz azalıb

2019-cu il yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 8 milyard 883 milyon 618 min manat  təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24,3% azdır.

 

"Marja" Birjaya istinadən xəbər verir ki, əqdlərin 75%-ni Dövlət Qiymətli Kağızlar bazarı üzrə bağlanmış əqdlər, 17%-ni Törəmə Alətlər Bazarı üzrə əqdlər, qalan hissəsini Pay bazarı və Borc Alətləri Bazarı üzrə əqdlər təşkil edib.

12 İyul 2019 , 12:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin