Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə əqdlərin həcmi azalıb

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə əqdlərin həcmi azalıb. 

 

"Marja" Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, ötən ilin birinci yarısında dövlət istiqrazlarının (Maliyyə Nazirliyinin istiqrazları) yerləşdirilməsi üzrə 385 milyon 926 min manat ikən, 2019-cu ilin birinci yarısında 324 milyon 806 min manat təşkil edib (61 milyon 120 min manat az).

 

Dövlət istiqrazlarının təkrar bazarında isə dövriyyə 2,5 dəfə artıb. Ötən ilin birinci yarısında 79 milyon 293 min manat təşkil etmiş dövriyyə cari ilin eyni dövründə 195 milyon 654 min manata yüksəlib.

 

2019-cu ilin yanvar-iyun dövründə dövlət istiqrazları üzrə cəmi dövriyyə 520 milyon 460 min manat təşkil edib. ötən ilin birinci yarısında bu rəqəm 465 milyon 220 min manat idi. 

12 İyul 2019 , 12:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin