Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İcbari Sığorta Bürosunun kompensasiya ödənişləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosunun kompensasiya ödənişləri azalıb

2019-cu ilin ilk altı ayı ərzində zərərçəkən və üçüncü şəxslərə 227 min 999,99 manat kompensasiya ödənişi verilib


 

Ölkəmizdə baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən sağlamlığa zərər vurulduqda və icbari sığorta müqaviləsinin tərəfi olan sığorta şirkəti iflas etdikdə, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişləri verilir.

 

İflas halı istisna olmaqla, kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən şəxslər (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri) malikdirlər.

 

2019-cu ilin ilk altı ayı ərzində İcbari Sığorta Bürosunun icraatına qəbul edilmiş 174 kompensasiya tələbindən 98 tələb üzrə kompensasiya icraatı başa çataraq qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənişləri verilmişdir. Həmçinin 40 kompensasiya tələbi üzrə icraat 2018-ci ildə başlansa da, bu tələblər üzrə icraat 2019-cu ildə başa çatdığından ödənişlər 2019-cu ilə təsadüf etmişdir.

 

Bürodan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, cari ilin ilk 6 ayı ərzində 35 ölüm halına görə 138 000 manat, 18 ağır dərəcəli xəsarət halına görə 28 380 manat, 31 az ağır xəsarət halına görə 43 703,32 manat, 4 halda əlillik dərəcəsinə görə 11 500 manat, 10 halda yüngül dərəcəli xəsarətə  görə 6 416,67 manat kompensasiya ödənişi verilmişdir. Ümumilikdə 2019-cu ilin ilk altı ayı üzrə zərərçəkən və üçüncü şəxslərə cəmi 227 999,99 manat kompensasiya ödənişi olunmuşdur. 25 kompensasiya tələbi üzrə ödənişin verilməsindən imtina edilmiş, 51 tələb isə baxılma mərhələsindədir.

 

2018-ci ilin müvafiq dövrü ərzində 60 ölüm halına görə 233 750 manat, 11 ağır dərəcəli xəsarət halına görə 16 200 manat, 36 az ağır dərəcəli xəsarət halına görə 53 750 manat,  7 halda əlillik dərəcəsinə görə 17 500 manat, 12 halda yüngül dərəcəli xəsarətə görə  8 125 manat, 126 tələb üzrə cəmi 329 325 manat məbləğində kompensasiya ödənişləri verilmişdi.

 

Göstəricilər müqayisə edildikdə, verilmiş kompensasiya ödənişləri üzrə 30,8% azalma müşahidə olunur.

 

2019-cu ilin ilk altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları ilə bağlı ödənişlərdə 41%, şəxsin az ağır xəsarət alması halında 18,7%, əlillik dərəcəsi alması halında 34,3%, yüngül dərəcəli xəsarət alması  halında 21% azalma, ağır xəsarət alması halında 75% artım qeydə alınmışdır.

 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar inteqrasiyanın tamamlanması nəticəsində cari ildə sığortalı avtomobillərin sayında nəzərəçarpacaq artım qeydə alınmışdır. Sığortalı avtomobillərin sayında qeydə alınan artım öz növbəsində kompensasiya ödənişləri ilə bağlı halların azalmasına səbəb olmuşdur.

 

Gələcək illərdə qarşısıalınma tədbirləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi, o cümlədən digər tədbirlərin həyata keçirilməsi (dövlət qurumları ilə inteqrasiyaların tamamlanması, nəzarət mexanizmlərinin gücləndirilməsi və s.) sayəsində kompensasiya ilə bağlı hadisələrin sayının daha da azalacağı ehtimal olunur”,- məlumatda deyilir.

12.07.2019 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ