Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın aparıcı korporativ bankı yeni filial açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın aparıcı korporativ bankı yeni filial açdı

12 iyul tarixində Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Quba şəhərində yeni filialının rəsmi açılış mərasimi baş tutub.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, filial korporativ, kiçik və orta sahibkarlıq nümayəndələri və PAŞA Bankın əməkhaqqı kart sahibi olan fiziki şəxslərə xidmət göstərəcək.

 

Açılış mərasimində PAŞA Bankın İdarə heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov qeyd etdi ki, Bankın bu günə fəaliyyət göstərən bütün filiallarında olduğu kimi yeni filialda da müştərilərə universal bank xidmətləri təqdim olunacaq və hər bir müştəriyə fərdi qaydada yanaşılacaq.

 

“Qubada yeni filial açaraq PAŞA Bank bu regionda və yaxın ətrafda fəaliyyət göstərən iş adamlarını geniş çeşidli müasir bank məhsul və xidmətləri ilə təmin etməyə nail oldu. Bu regionun kiçik və orta sahibkarları ilə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün tarif paketləri, faktorinq  və s. məhsul və xidmətləri  sərfəli şərtlərlə təklif etməyə hazırıq”, -deyə C.Orucov qeyd edib.

 

PAŞA Bankın yeni filialı Quba şəhəri, Nətəvan küç, 35 ünvanında yerləşir.

12.07.2019 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ