Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Trump 2005-də 38 milyon dollar vergi ödəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump 2005-də 38 milyon dollar vergi ödəyib

ABŞ Prezidenti Donald Trump-ın 2005-ci ildə 152 milyon dollardan çox gəlir bəyan etdiyi və buna müqabil 38 milyon dollar federal gəlir vergisi ödədiyinə dair bir sənəd ortaya çıxıb.


 
"Marja" xəbər verir ki, Trump-ın 2005-ci ilə aid vergi məlumatları ilk olaraq Amerika MSNBC kanalında yayımlanan "The Rachel Maddow Show" adlı proqramda "Pulitzer" mükafatı laureatı jurnalist David Cay Johnston tərəfindən açıqlanıb.


 
Johnston-ın açıqladığı iki səhifəlik vergi sənədində, Trump-ın 2005-ci ildə 152 milyon dolları artıq gəlir bəyan etdiyi və bu miqdarın təxminən  25%-ini təşkil edən 38 milyon dollar federal gəlir vergisi ödədiyi görünür.
 


 Ağ Ev: "Bu sənədi yayamaq qeyri-qanunidir"
 


Cay, sənədin poçt yolu ilə proqramı adından göndərildiyini bildirib.  Cay-ın proqramının yayımlandığı dəqiqələrdə Ağ Evdən verilən yazılı açıqlamada, bir Amerika vətəndaşının vergi sənədinin yayamağın qeyri-qanuni" olduğu vurğulanıb.


 
Sözügedən sənədin həqiqət olduğunun qəbul edildiyi açıqlamada, "Bu sənəd, Donald Trumpın şirkətinə, ailəsinə və əməkdaşlarına qarşı qanuni zərurətin üzərində vergi ödəmək məsuliyyəti daşıyan dünyanın ən uğurlu iş adamlarından biri olduğunu sübut edir" ifadəsi istifadə edilib.


 
 Amerika ictimaiyyətində uzun mübahisələrə səbəb olan Trump-ın ödədiyi vergilərlə bağlı bu sənəd haqqında "keçmiş əmlak milyarderinin" nə deyəcəyi maraqla gözlənilir.


 
 Seçki kampaniyasında vergi ödənişlərini açıqlamayacağını ifadə edən Trump, daha sonra bu məlumatları haqqındakı maliyyə nəzarətləri bitincə açıqlayacağını dilə gətirmişdi. Bir müddət onra,  müşavirlərindən Kellyanne Conway, Trumpın bu məsələdəki fikrini dəyişdirdiyini və ödəiyi vergiləri   açıqlamayacağını bildirmişdi.


 
 ABŞ-da prezidentliyə namizədlərin seçkilərdən əvvəl vergi ödənişləri ilə bağlı sənədlərini ictimaiyyətə açıqlamaları məsələsində hüquqi bir zərurət olmamasına baxmayaraq, 1976-ci ildən bu yana bütün namizədlər seçkilərdən əvvəl vergi bəyannamələrini açıqlamışlar.

15.03.2017 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ