Lirə S-400-lərin Türkiyəyə göndərilməsi ilə ucuzlaşıb

Türk Lirəsi Dollar qarşısında yenidən ucuzlaşıb. Bu dəfə səbəb Rusiyanın S-400-ləri Türkiyəyə göndərməyə başlamasıdır.

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 17:45-ə olan məlumata görə, Dollar/TL məzənnəsi 1,5% yüksələrək 5.7793-ü görüb.

 

ABŞ Türkiyənin Rusiyadan S-400 sistemini almasını istəmir. ABŞ Türkiyəyə S-400 aldığına görə sanksiya tətbiq edə bilər.

 

Türkiyə Müdafiə Nazirliyi S-400 Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sisteminin birinci qrup materiallarının Ankara Mürtəd Hava Limanına gətirilməsinə bu gündən etibarən başladığını açıqlayıb.
 

S-400-ə aid hissələrin təhvili qarşıdakı günlərdə də davam edəcək və sistem tamamilə hazır olduqdan sonra istifadəsinə başlanacaq.

12 İyul 2019 , 17:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin