Qərb bölgəsində meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib

Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib.

 

Məlumata görə, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb.

 

Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələtinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. 

 

Eyni zamanda güclü külək Şəmkir, Ağstafa rayonlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən Tovuz rayonunun bəzi ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb. 

 

Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.

 

Qeyd edək ki, bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

12 İyul 2019 , 19:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin