Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Kənddən şəhərə”nin Əhmədli filialı istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kənddən şəhərə”nin Əhmədli filialı istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən şəhərə” layihəsi çərçivəsində eyniadlı daha bir satış mərkəzi Əhmədli qəsəbəsinin Məhəmməd Hadi küçəsi 23/24 ünvanında vətəndaşların istifadəsinə verilib.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki,  “Kənddən şəhərə” satış mərkəzinin istifadəyə verilməsi paytaxtın bu bölgəsində yaşayan insanların təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır.

 

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova “Kənddən şəhərə” layihəsinə qoşulduqları üçün yerli fermer və qida istehsalçılarına minnətdarlığını bildirib:

 

“Kənddən şəhərə” artıq bir brendə, markaya çevrilib. Layihə çərçivəsində istifadəyə verilən ilk satış mərkəzimiz Səbail rayonunda Nizami küçəsi, 154B ünvanında fəaliyyət göstərir. Burada vətəndaşlarımız ekoloji təmiz, təbii, keyfiyyətli kənd təsərrüfatı və yerli qida istehsalçılarının məhsullarını əldə edə bilirlər. Eyni keyfiyyətdə məhsulları bu ərazidə yaşayan vətəndaşlarımızın daha rahat əldə edə bilməsi üçün “Kənddən şəhərə”nin Əhmədli filialını istifadəyə verdik. Düşünürəm ki, ilin sonunadək paytaxtın daha bir neçə ərazisində yeni satış mərkəzləri açılacaq və bu mərkəzlər paytaxtın daha çox əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını qarşılayacaq. Bütövlükdə “Kənddən şəhərə” satış mərkəzlərinin istifadəyə verilməsi Strateji Yol Xəritəsindən irəli gələn tələblərə xidmət edir”.

 

Qeyd olunub ki, “Kənddən şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa, fermerlərin yetişdirdiyi məhsulların “Kənddən şəhərə” adı ilə qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlar həm “Kənddən şəhərə” satış mərkəzlərindən, həm də müxtəlif market şəbəkələrindən əldə edə biləcəklər.

13.07.2019 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ