Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR Tarif Şurasına qazın qiymətini 18 qəpiyədək artırmağı təklif edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Tarif Şurasına qazın qiymətini 18 qəpiyədək artırmağı təklif edib

SOCAR təbii qaz tarifinin bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edib. Bu barədə şirkətin bəyanatında deyilir.

 

Reklam_3_11

Bəyanatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir.

 

“SOCAR Tarif Şurasına müraciət edərək təbii qaz tarifinin əhali üzrə diferensiasiya olmadan və “Azərenerji” ASC də daxil olmaqla bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsini təklif etmişdi. Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib”, - deyə bəyanatda vurğulanır.

 

SOCAR təklifini ölkədə satılan təbii qazın müəyyən hissəsinin şirkət tərəfindən istehsal olunması, digər hissəsinin isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınması, eləcə də təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsinin zəruriliyi ilə əsaslandırır. 

16.12.2016 11:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ