Bakıda hotel 10 min manata yaxın cərimələnib

Səbail Rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının protokolu əsasında  “Sapphire Bayıl” MMC-ni 9153 manat cərimə edib.

 

Xəbərə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

 

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Sapphire Bayıl” hotel kimi fəaliyyət göstərir.

 

Son dövrdə Azərbaycanda bir çox şirkətlər İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmiş, bu da sahibkarların haqlı narazılıqlarının artmasına səbəb olub.

 

Şirkətlərdən bildirilir ki, valyuta qanunvericiliyində bir sıra boşluqlar və onun tətbiqi praktikasında qüsurlar  maliyyə sanksiyaları tətbiq etməyə əsas verir. Bu zaman məhkəmələr tərəfindən xətanın yaranmasına səbəb olmuş və təqsiri istisna edən hallar və sübutlar nəzərə alınmır.

 

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə,  ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Əks halda banklar sənədləri Palataya təqdim edir və yekunda idxalçı cərimələnir.


Bir sıra hallarda Azərbaycan şirkətlərinin sifariş verdiyi malların istehsalı 270 gündən artıq davam edir. Bu səbəbdən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin banka təqdim edilməsi mümkün olmur. Nəticədə, şirkətlər özlərindən asılı olmayan səbəblərə görə cərimə ödəməli olurlar. Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti ilə, məhkəmə, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə idxalçı şəxsi cərimələyir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Repor, Marja

15 İyul 2019 , 13:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin