Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Gürcüstan vətəndaşları Azər­bay­can sər­həd naryadına qarşı insident törədib - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan vətəndaşları Azər­bay­can sər­həd naryadına qarşı insident törədib - AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keçikçi dağda baş verən hadisə haqqında məlumat yayıb. 

 

"Marja" xəbər verir ki, məlumatda deyilir: 

 

"14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

 

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

 

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­mişdir".

 

XXX

 

İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib.

 

Məlumata görə, Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan şəxs iddia edib ki, azərbaycanlı sərhədçilər kilsədən ikonaları icazəsiz götürüblər.

 

Problem qısa zaman ərzində həll edilib.

 

Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayaraq ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb.

 

Nazirliyin məlumatına görə, hazırda kompleksin ərazisində vəziyyət stabilləşib. 

 

Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

 

Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb. Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi barədə yeni müraciət daxil olub. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan edib.

15.07.2019 13:57

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ