Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gürcü səfir təcili Xarici İşlər Nazirliyinə çağırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcü səfir təcili Xarici İşlər Nazirliyinə çağırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk"


 

Dünən Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

 

Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.

 

“Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk.


 
Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib”, - deyə məlumatda vurğulanıb.

 

14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində Dövlət Sərhəd Sidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.


Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

 

Məlumata görə, Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan şəxs iddia edib ki, azərbaycanlı sərhədçilər kilsədən ikonaları icazəsiz götürüblər. 

15.07.2019 14:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ